Xavi Qətər millisi haqda: “Səs-küy yarada bilən komandadır”

“Barselona”nın baş məşqçisi Xavi Qətərin DÇ-2022-də hamını təəccübləndirə biləcəyini düşünür.

Komanda.az TWM-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis vaxtilə bu ölkədə çalışdığı üçün özü ilə fəxr etdiyini deyib. Eyni zamanda, o, Qətər millisini səs-küy yarada bilən komanda adlandırıb:

“Qətər təkcə dünya çempionatının ev sahibi deyil, həm də, səs-küy yarada bilən komandadır. Bu ölkədə işlədiyim üçün qürur duyuram. Qətərin hazırda dünya çempionatında oynamağa layiq olan yaxşı komandası var. Sözünü deyə bilən milli komandadır”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button