Xavi – Qvardiola ilə Enrikenin qarışığı

“Barselona”nın müdafiəçisi Erik Qarsiya kataloniyalıların baş məşqçisi Xavini digər mütəxəssislərlə müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Xavini Pep Qvardiola və Luis Enrikeyə oxşadıb:

“Xavi Qvardiola ilə Enrikenin qarışığıdır. Onların fikirləri çox oxşardır. Düzdür, hər birinin öz yanaşması var. Lakin hər üçü eyni dərəcədə top uğrunda mübarizə aparmaq və onu itirdikdən dərhal sonra pressinqlə məşğuldur”.

“Barselona” oktyabrın 12-də Çempionlar Liqasında “İnter”lə qarşılaşacaq.

Kataloniyalılar La Liqada hazırda turnir cədvəlinə başçılıq edirlər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button