
Xavi keçmiş futbolçusunun “qızıl top”un yeni sahibi olacağını düşünür
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes “qızıl top”un növbəti sahibinin kim olacağı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis dünyanın ən nüfuzlu fərdi futbol mükafatını “Barselona”nın hücumçusu Lamin Yamalın qazanacağını düşünür:
“Qızıl top”u kim qazanacaq? Yamal”.
Yamal, Xavinin rəhbərliyi dövründə, cəmi 15 yaşında olarkən “Barselona”nın əsas komandasında debüt edib. O, qısa müddətdə dünya futbolunun ən parlaq istedadlarından birinə çevrilib.
Ötən il keçirilən “qızıl top” səsverməsində Yamal ikinci yeri tutmuşdu. O, PSJ-nin hücumçusu Osman Dembeledən geridə qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



