Xavi Braziliya millisindən niyə imtina edib?

“Barselona”nın baş məşqçisi Xavi Braziliya millisindən təklif aldığını etiraf edib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Xavi bu təklifdən imtina edərək, “Barselona”nı seçməsinin səbəbini açıqlayıb:

“Bu, tamamilə gözlənilməz bir fürsət idi. Agentim vasitəsilə onlarla ünsiyyətdə oldum, Titenin məşqçilər korpusuna daxil olub, onunla işləmək imkanım vardı. Amma mən baş məşqçi olmaq istəyirdim. Ona görə də, fürsət gözlədim və “Barselona”dan təklif aldım.

Deyərdim ki, bu, tarixi fürsət idi. Mən, olmaq istədiyim yerdəyəm, dünyanın ən yaxşı klubunda, ürəyimdə olan klubdayam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button