
Xarici KİV: “Neftçi”nin hücumçusu Braziliya klubuna keçə bilər
“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, kamerunlu futbolçunun xidməti “Vasko da Qama” klubuna təklif olunub. Bu barədə ESPN telekanalının jurnalisti Felipe Silva məlumat yayıb.
A Seriyası təmsilçisi Abubakarı heyətini qatmaq ehtimalını nəzərdən keçirir. 33 yaşlı forvard özü Braziliyada oynamağa müsbət yanaşır.
Abubakar 2025-ci ilin oktyabr ayından “Neftçi”də çıxış edir. Kamerun millisinin üzvü “ağ-qaralar”ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



