Xames Rodriqes La Liqadan ayrılmaq istəmir

“Bavariya”da icarə əsasında keçirdiyi iki mövsümün ardından müqaviləylə məxsus olduğu “Real”a qayıdan Xames Rodriqes gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu, karyerasını La Liqada davam etdirmək istəyir. “Napoli” və “Atletiko”nun transfer hədəfində olan Xames, Madrid təmsilçisinin şərəfini qorumaq niyyətindədir.

Son iki mövsümü icarə əsasında “Bavariya”da keçirən 27 yaşlı futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button