
“Vulverhempton” yenidən onun üçün mübarizəyə qoşulub
“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əvvəllər Fillipsə maraq göstərmiş “Vulverhempton” yenidən onun üçün mübarizəyə qoşulub.
“Canavarlar” ingiltərəli yarımmüdafiəçi ilə bu ay müqavilə bağlamaq istəyirlər. Keçid həm icarə, həm də tam transfer formasında nəzərdən keçirilir.
30 yaşlı futbolçu cari mövsümdə yalnız İngiltərə kubokunun bir matçında meydana çıxıb və 7 dəqiqə oynayıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



