“Volfsburq”un forvardı Super Liqa klubunda

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Volfsburq” klubunun kamerunlu hücumçusu Pol-Jorj Ntep de Madibanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvard 1 illik icarəyə götürülüb. Madiba ötən mövsümü icarədə əsasında Fransanın “Sent-Etyen” klubunda keçirib. Kamerun yığmasında da oynamış futbolçu daha öncə “Oser” və “Renn” klublarında da çıxış edib. O, “Volfsburq”a 2017-ci ildə transfer olunub

“Kayserispor” İsveçrənin “Syon” klubunda forma geyinən braziliyalı yarımmüdafiəçi Adrian Tavaresi də 1 illik icarəyə götürüb. “Flamenqo”nun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində “Kalyari”, “Lids”, “Nant” klublarında da çıxış edib. 2017-ci ildən “Syon”da çıxış edən yarımmüdafiəçi, ötən mövsüm 20 oyuna çıxıb, 7 qolla yadda qalıb.

Kayseri təmsilçisi 21 yaşlı hücumameyyli yarımmüdafiəçi Furkan Polatı da heyətinə qatıb. “Osmanlıspor”un yetirməsi olan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button