“Yuventus” ən bahalı transferini buraxmayacaq

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İngiltərə klublarının marağına baxmayaraq, Turin komandasında çıxış etməyə davam edəcək.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “tvitter” hesabında məlumat verib.

Vlahoviç hazırda başqa klublar üçün əlçatan deyil. O, “Yuventus” üçün bahalı transferdir və klub onun ən yaxşı futbolçu olacağına əmindir.

22 yaşlı Vlahoviç 2022-ci ilin yanvarında 81,6 milyon avroya “Fiorentina”dan “Yuventus”a keçib. Serbiyalı hücumçu yeni komandasında 29 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ildə başa çatır.

Bu mövsüm İtaliya A Seriyasında 7 oyunda 10 xal toplayan “Yuventus” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button