Vlahoviç İspaniya klubundan 8 milyon avro maaş tələb edib

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Barselona”nın transfer siyahısındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu Ferran Torres bu yay komandadan ayrılacağı təqdirdə, onu Vlahoviçlə əvəz etməyi planlaşdırır. Serbiyalı futbolçu “Barselona”dan 15 milyon avro imza bonusu və illik təxminən 8 milyon avro maaş tələb edib.

Vlahoviçin “Yuventus”la hazırkı müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. O, 2025/26 mövsümündə Turin klubunun heyətində keçirdiyi 23 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button