
Vitinya İspaniya klubundan təklif gözləyir
Son günlər PSJ-nin yarımmüdafiəçisi Vitinyanın adı aktiv şəkildə “Real”la yanaşı hallanır. Madrid klubu hazırkı heyətdə məhz mərkəz xəttini zəif nöqtə hesab edir və bu mövqeyə yeni futbolçu axtarışındadır.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “Real”da çıxış etmək ideyası Vitinyanın özünə də olduqca cəlbedici görünür.
Portuqaliyalı yarımmüdafiəçi hazırda PSJ-də özünü xoşbəxt hiss etsə də, Madrid klubunu dünya futbolunun zirvəsi hesab edir. İspanların rəsmi marağı yaranacağı təqdirdə, Vitinya transfer variantını dəyərləndirməyə hazırdır.
25 yaşlı futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 32 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



