“Bəxtimiz gətirmədi”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un yarımmüdafiəçisi Florian Virts “Sanderlend”lə 1:1 hesablı heç-heçədən sonra açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, alman futbolçu bunu söyləyib:

“Qələbə qazanmaq istəyirdik, amma təəssüf ki, bəxtimiz gətirmədi. Komanda məni çox yaxşı qarşıladı və burada olduğum üçün xoşbəxtəm. Biz düzgün yoldayıq və yenidən qələbə qazanmağa başlamaq üçün əlimizdən gələni edirik. Turnir cədvəlinin başında olmaq istəyirik, sadəcə çox çalışmalıyıq. Ümid edirəm ki, işlər yaxşılığa doğru dəyişəcək”.

“Liverpul” 22 yaşlı futbolçunu bu mövsümün əvvəlində “Bayer”dən 125 milyon avroya alıb. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqanın 13 matçında nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button