DÇ-2026: Virts Almaniya millisini favorit saymır

“Liverpul”un və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts yığma komandanın qarşıdan gələn 2026-cı il dünya çempionatındakı şanslarını qiymətləndirib.

Komanda.az “The Athletik”-ə istinadən xəbər verir ki, alman futbolçu bunu deyib:

“Əla bir yay keçirməyə ümid edirik. Almaniya millisinin güclü heyəti və əla baş məşqçisi var. Əlimizdən gələni etsək, uğur qazanmaq şansımız yüksəkdir. Amma mən özümüzü favorit adlandırmazdım”.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Almaniya millisi qrup mərhələsində Ekvador, Kurasao və Fil Dişi Sahili yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button