Vinisius satılacaq? – “Real” onunla anlaşa bilmir

“Real”ın hücumçusu Vinisius Juniorun klubla yeni müqavilə danışıqları dalana dirənib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Yeni müqavilə ilə bağlı razılıq əldə olunmasa, Madrid klubu braziliyalı futbolçunu bu yay transferə çıxara bilər. İddiaya əsasən, hazırda Vinisiusun transferini reallaşdırmaq gücündə olan yeganə klub “Mançester Yunayted”dir.

26 yaşlı futbolçunun bazar dəyəri 140 milyon avro qiymətləndirilir. Onun “Real”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Vinisius 2018-ci ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button