“Vinisius yorulub”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa braziliyalı hücumçu Vinisius Juniorun vəziyyəti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Vinisiusun səhhətində problem olmadığını, ancaq onun yorğunluq yaşadığını deyib:

“Onunla hər şey qaydasındadır, sadəcə yorulub. Karlo Ançelotti (Braziliya millisinin baş məşqçisi) ona kifayət qədər istirahət vermədi. Braziliya millisindəki tələblər də “Real”dakına bənzəyir, buna görə, Vinisius böyük yüklənmə ilə geri qayıdıb. Onunla bağlı qərarı bir az sonra verəcəyik”.

Vinisius cari mövsümdə “Real” forması ilə 43 oyunda iştirak edib, 17 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun komandası La Liqada növbəti oyununu aprelin 4-də, səfərdə “Malyorka”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button