“Vinisiusun Mbappedən geri qaldığını düşünmürəm” – Rivaldo

Keçmiş futbolçu Rivaldo “Real”ın oyunçusu Vinisius Juniorun inkişafı haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Vinisiusun özünü “Real”ın ulduzlarından biri kimi təsdiqləyəcəyini deyib:

“Keçən mövsüm Vinisius xeyli inkişaf etdi, rəqiblərin qapısı qarşısında daha da təhlükəli oldu. Eyni ruhda davam etsə, özünü “Real”ın ulduzlarından biri kimi təsdiqləyəcək, xüsusən, Kərim Benzema bir neçə ildən sonra təqaüdə çıxdığı zaman”.

Jurnalist: Vinisius “qızıl top”a iddialı olacaqmı?

Rivaldo: “Mövsüm hələ başlamayıb və favorit haqqında ətraflı danışmaq çətindir, amma onun Kilian Mbappe, De Bruyne və başqalarından geri qaldığını düşünmürəm. Klubun qazanacağı titullar da son seçim üçün çox vacib olacaq”.

Rivaldo karyerasının ən yaxşı illərini beş mövsüm oynadığı “Barselona”da keçirib. Məhz Kataloniya klubundakı çıxışı sayəsində 1999-cu ildə “qızıl top”u qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button