Vinisius “Real”a xəbərdarlıq edib – Rodriyə görə

“Real”ın hücumçusu Vinisius Juniorun Madrid klubunun transfer hədəfi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə oynamaq istəmədiyi barədə şayiələr yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Real”a yarımmüdafiəçiylə müqavilə imzalayacağı təqdirdə, komandadan ayrılacağı barədə xəbərdarlıq edib.

Rodri Vinisiusu 2024-cü ildə “qızıl top” mükafatı uğrunda mübarizədə üstələyib.

Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Daha əvvəl oyunçunun maaş tələblərinə görə tərəflər müqavilənin müddətinin uzadılması barədə razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button