“Real”da hamı Vinisiusun nəyə qadir olduğunu bilir”

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya superkubokunun finalında, “Barselona”ya qarşı oyunda (2:3) braziliyalı hücumçu Vinisius Juniorun çıxışını dəyərləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı qolkiper, komandada Vinisiusa tam etimad olduğunu bildirib:

“Komandada ona tam güvənilir. Vinisius möhtəşəm futbolçudur, “Real”da hamı onun nəyə qadir olduğunu bilir. O, növbəti dəfə öz yüksək səviyyəsini nümayiş etdirdi. Finalda Vinisius gözəl qol vurdu və “Barselona” üçün ciddi problem yaratdı. Bu, onun üçün əla oyun idi”.

İspaniya superkubokunun final matçı “Real”ın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb, Vinisius bir qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button