
Vinisius bu göstəricidə Ronaldonu geridə qoydu
“Real” dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Bayern”lə qarşılaşmada 3:4 hesabı ilə məğlub olub.
Madrid təmsilçisinin braziliyalı vingeri Vinisius Junior məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun “Real”ın heyətində Çempionlar Liqasında 32-ci məhsuldar ötürməsi olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Vinisius “kral klubu”nun sabiq hücumçusu Kriştiano Ronaldonun göstəricisini bu baxımdan geridə qoyub.
“Real” iki oyunun ümumi nəticəsinə əsasən “Bayern”ə 4:6 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Münhen təmsilçisi yarımfinalda PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



