
Pepe Trampla münasibətlərinə aydınlıq gətirdi
“Vilyarreal”ın hücumçusu Nikolas Pepe subay olduğunu təsdiqləyərək, təxminən 20 ay birlikdə olduğu keçmiş yetkin film ulduzu Tianna Trampla münasibətləri barədə şayiələri puça çıxarıb.
Komanda.az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu bu açıqlamanı sosial mediada izləyicilərindən birinə Trampla mümkün toy barədə cavab verərkən deyib:
“Düzünü desək, mən heç vaxt heç kiminlə evlilik barədə danışmamışam. Bu şayiənin haradan gəldiyini bilmirəm, amma tamamilə yalandır, ona görə də, dayandırın. Yaxşı, sualları cavablandıracam. Mən artıq subayam. Xahiş edirəm, cəfəngiyat danışmağı dayandırın”.
30 yaşlı forvard 2019-cu ildən 2023-cü ilə qədər “Arsenal”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



