
Vieyranın yeganə peşmanlığı
Fransalı sabiq futbolçu Patrik Vieyra karyerası ilə bağlı ən böyük peşmanlığını açıqlayıb.
Vaxtilə “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti” formalarını geyinmiş keçmiş yarımmüdafiəçi bildirib ki, o, dörd dəfə “Real”dan təklif alıb.
Komanda.az xəbər verir ki, 49 yaşlı dünya və Avropa çempionu “La Gazzetta dello Sport”-a açıqlamasında bunları deyib:
“Futboldakı yeganə peşmanlığım “Real”a keçməməkdir. “Arsenal”da oynadığım dövrdə mənə dörd il ardıcıl təklif göndərdilər. Sonuncu dəfə artıq “hə” demişdim, hər şey razılaşdırılmışdı. Amma sonra düşündüm ki, mən “Arsenal”ı həddindən artıq sevirəm”.
O, daha sonra maraqlı bir dialoqu da xatırladıb:
“Bir dəfə “Mançester Siti” səfiri kimi Madridə getmişdim. Florentino Peres (“Real”ın prezidenti) mənə dedi ki, “sən “Real”ın təklifini rədd edən yeganə futbolçu idin”.
Vieyra 1996-2005-ci illərdə “Arsenal”ın formasını geyinib və klubun əfsanələrindən biri hesab olunur.
Bizi Facebook-da izləyin



