Veynaldum üçün 25 milyon avro

PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum İngiltərəyə qayıda bilər.

Komanda.az “sport.es”ə istinadən xəbər verir ki, Stiven Cerrard baş məşqçisi olduğu “Aston Villa”nın rəhbərliyindən niderlandlı futbolçunu transfer etməyi xahiş edib. Cerrard rəhbərliyə 31 yaşlı futbolçuya ehtiyacı olduğunu bildirib.

“Aston Villa” Veynaldum üçün PSJ-yə 25 milyon avro ödəməyə hazırdır.

Veynaldum PSJ-dən əvvəl İngiltərədə “Liverpul”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button