“Vest Hem” baş məşqçisinə son şansı verəcək

“Vest Hem”in baş məşqçisi Nuno Espirito Santonun London klubundan ayrılması yaxın görünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “çəkicçidöyənlər”in rəhbərliyi portuqaliyalı mütəxəssisə son şans olaraq qarşıdakı “Nottingem Forest”lə oyunu verəcək.

Məhz bu qarşılaşma Espirito Santonun komandadakı gələcəyi baxımından həlledici ola bilər.

“Vest Hem” İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində sabah “Nottingem Forest”lə qarşılaşacaq. Komanda bu matçdan əvvəl keçirdiyi 20 turda 14 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb, hazırda elitadan düşmə zonasındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button