“Venesiya” A Seriyasında yerini qorumaq şansını itirdi

“Venesiya” komandası A Seriyasında yerini qorumaq şansını itirib.

Komanda.az xəbər verir ki, “Salernitana” “Empoli” ilə heç-heçə etdikdən (1:1) sonra venesiyalılar təhlükəli zonanı tərk etmək üçün riyazi şanslarını itiriblər. 36 matçda 25 xal toplayan “Venesiya” A Seriyasının turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.

Bu gün İtaliya çempionatının 37-ci turu çərçivəsində “Venesiya” səfərdə “Roma” ilə qarşılaşacaq. Oyun saat 22.45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button