
“Bayer” Lukas Vaskesi itirdi
Leverkuzen “Bayer”inin müdafiəçisi Lukas Vaskes bir neçə həftəlik sıradan çıxıb. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos”la keçirilən cavab oyununda (0:0) zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 77-ci dəqiqədə əvəzlənən 34 yaşlı futbolçu tibbi müayinədən keçib. Müayinələrin nəticəsinə əsasən, onda sağ baldır əzələsinin zədələndiyi müəyyən olunub. Bu səbəbdən, müdafiəçi bir neçə həftə komandasına kömək edə bilməyəcək.
İspaniyalı futbolçu cari mövsümdə “Bayer”in heyətində keçirdiyi 15 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



