
Vardi İtaliya futbolunu tənqid etdi
“Kremoneze”nin hücumçusu Ceymi Vardi, İtaliya futbolu ilə İngiltərə futbolu arasındakı fərqlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, İtaliyada məşqlərin intensivliyinin oyunçuların matçlara yorğun çıxmasına səbəb olduğunu bildirib:
“İtaliyada çox məşq edirlər, oyunlar üçün enerjiniz qalmır. İngiltərə ilə müqayisədə burada futbol daha yavaşdır və daha çox müdafiəyə əsaslanır. Daim qaçırsan, məşq edirsən, sonra matça çatanda özünü yorğun hiss edirsən.
İngiltərədə öyrəşdiyimiz kimi, bir dəfə əvvəlki oyundan sonra bir gün istirahət etdik. Hamı meydana təzələnmiş çıxmışdı və 3:1 hesabı ilə qalib gəldik. Düşünürdüm ki, bundan sonra metodlar dəyişəcək, amma dəyişmədi. Səbəb kimi isə növbəti oyunun vacibliyi göstərildi. Mənim fikrimcə isə hər matç vacibdir”.
Vardi daha əvvəl Premyer Liqada “Lester”də çıxış edib. O, 2025-ci ildə “Lester”dən ayrılaraq, İtaliyanın “Kremoneze” klubuna keçib. Vardi 2025/26 mövsümündə bütün yarışlarda 29 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



