Advokat keçmiş klubuna qayıtdı: “Van Persiyə kömək etmək istəyirəm”

Niderland futbolunun tanınmış siması, 78 yaşlı mütəxəssis Dik Advokat yenidən “Feyenoord”a qayıdıb.

Klubun rəsmi saytında bildirilib ki, Advokat mövsümün sonuna qədər məşqçi heyətinin müşaviri vəzifəsində çalışacaq. O, baş məşqçi Robin van Persiyə dəstək verəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Advokat, Van Persiyə mövsümü uğurla başa vurmaqda kömək etmək istədiyini bildirib:

“Feyenoord”a və xüsusilə, Robin van Persiyə mövsümü uğurla başa vurmaqda kömək etmək istəyirəm. Mən onu təxminən 20 ildir tanıyıram və münasibətimiz həmişə yaxşı olub. Mən burada baş məşqçi olarkən, o, keçmiş top-hücumçu kimi, forvardlara biliklərini ötürmək istəyirdi. İndi isə ona dəstək olmaq fürsətim var. Bunu məmnuniyyətlə edəcəm”.

“Feyenoord” hazırda Niderland çempionatında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button