“Ona qarşı ədalətli olmaq lazımdır” – “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi Vircil Van Dayk, son vaxtlar qol vura bilmədiyi üçün tənqid olunan komanda yoldaşı Məhəmməd Salah haqqında açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, hollandiyalı müdafiəçi Salaha dəstək olub:

“Salah dünya səviyyəli bir futbolçudur. İnsanlar istədikləri hər şeyi deyə bilərlər. Amma düşünürəm ki, Premyer Liqada mübarizə aparan bütün komandalar Salahın onların yanında olmasını istəyər. O, bizimlədir və fikrimcə, yaxşı oynayır. Bu, hər hücumçunun başına gələcək bir şeydir. Salah qol vurmağa davam edəcək. Mən hər zaman ona öz işini görməyə davam etməsini, yaxşı olacağını deyirəm. Salah hələ də, bizim üçün çox qol vurmuş futbolçudur. Ona qarşı ədalətli olmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button