100!

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Liverpul”un “Vulverhempton”a 1:0 hesabıyla qalib gəldiyi oyun Vircil van Dayk üçün əlamətdar olub.

Komanda.az Mersisayd klubunun saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu “Liverpul”un heyətində 100-cü oyununu keçirib. Vircil bu oyunlarda 10 qol, 5 məhsuldar ötürməylə yadda qalıb.

2017-ci ildə “Sauthempton”dan transfer olunan 28 yaşlı futbolçunun “qırmızılar”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button