
ÇL: “Valverde fantastik futbolçudur”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda, “Real”la qarşılaşmada rəqibin het-trik edən futbolçusu Federiko Valverdenin çıxışı barədə fikirlərini bölüşüb.
Uruqvaylı yarımmüdafiəçi 20-ci dəqiqədən 42-ci dəqiqəyədək het-trik edərək, komandasına 3:0 hesablı qələbə qazandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra Qvardiola rəqib futbolçunun oyununu yüksək qiymətləndirib:
“Valverde fantastik futbolçudur. Hətta onun neçə mövqedə oynaya biləcəyini demək belə, çətindir”.
Komandalar arasında cavab qarşılaşması gələn həftə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



