“Valensiya”nın hücumçusu rəsmən “Lids”də – Rekord məbləğə

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq klub İspaniya “Valensiya”sının hücumçusu Rodriqo Morenonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Lids”in bu transfer üçün 30 milyon avro ödədiyi bildirilir. “Valensiya”nın əlavə bonuslarla daha artıq gəlir əldə etmək şansı da var. Moreno bu keçidlə “Lids” tarixinin ən bahalı transferinə də çevrilib.

İspaniya yığmasının da şərəfini qoruyan Moreno, peşəkar karyerasına “Selta”da başlayıb. Hücumçu “Valensiya”dan öncə “Benfika” və “Bolton”da da oynayıb. O, altı mövsümdür formasını geyindiyi “Valensiya”da 220 oyuna çıxıb, 59 qola imza atıb. Rodriqo İspaniya millisində də 22 oyuna 8 qol vurub.

“Lids” “Arsenal”ın yetirməsi olan 18 yaşlı hücumçu Sem Qrinvudu da heyətinə qatıb. Onunla 3 illik müqavilə imzalanıb.

Sözügedən klubun öz oyunçularından olan Rafa Muyiça isə İspaniyanın “Real Ovyedo” klubuna icarəyə verilib. Gənc futbolçu mövsümün sonuna qədər İspaniya təmsilçisinin uğurları üçün çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button