İspaniyalı futbolçu 0:5 hesablı məğlubiyyətə görə üzr istədi

“Atletik”in hücumçusu İnyaki Uilyams İspaniya superkubokunun yarımfinalında “Barselona”ya 0:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Komanda.az “Futbol en Movistar Plus+”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərdən üzr istəyib:

“Uzaqdan gələn və bizi evdən izləyən bütün azarkeşlərdən üzr istəyirəm. Bu gün (dünən) lazımi səviyyəni göstərə bilmədik. Üzr istəməkdən başqa çıxış yolu yoxdur”.

“Atletik” İspaniya La Liqasında 19 turdan sonra 24 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda, yanvarın 17-də səfərdə “Malyorka” ilə qarşılaşacaq.

“Atletik” UEFA Çempionlar Liqasının 3-cü turunda evdə “Qarabağ”ı məğlub edib – 3:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button