Uruqvay – Dünya çempionu!

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, finalda İtaliya və Uruqvay milliləri üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi dünya çempionu olub. Oyunda yeganə qolu 85-ci dəqiqədə Lusiano Rodriqes vurub.

Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub edən İsrail millisi isə mundialın bürünc medallarını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button