Emeri: “Mən xoşbəxtəm, çünki…”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Ayaks”la heç-heçə (0:0) haqda fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, həmişəki kimi oyuna nəzarət edə bilmədiklərini söyləyib:

“Çox yüksək səviyyəli matç oldu. Və təbii ki, favorit olduğumuzu başa düşürük. Amma biz yaxşı oynamadıq və həmişəki kimi oyuna nəzarət edə bilmədik. Rəqib çox güclü idi, bəzən bizdən də güclü olurdu. Lakin mən xoşbəxtəm, çünki oyundan əvvəl də hansı çətinliklərlə üzləşəcəyimizi bilirdim”.

Cavab oyunu bir həftə sonra İngiltərədə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button