
“Ümid edirəm ki, Keyn bu il “qızıl top”u qazanacaq”
“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard bu ilin sonunda veriləcək “qızıl top” mükafatını kimin qazanmasını istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mükafata həmyerlisi, hazırda “Bayern”də çıxış edən Harri Keyni layiq gördüyünü bildirib:
“Ümid edirəm ki, Keyn bu il “qızıl top” mükafatını qazanacaq”.
32 yaşlı hücumçu 2025/26 mövsümündə “Bayern”in heyətində 51 oyunda meydana çıxıb, 61 qol vurub və 7 məhsuldar ötürmə edib. Keyn Münhen klubu ilə Almaniya çempionu və ölkə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



