“Şaxtyor”dan 10 milyon avroluq transfer

Ukraynanın “Şaxtyor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Donetsk təmsilçisi “Ayaks”dan Lassina Traoreni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə beş illik müqavilə imzalanıb.

“Şaxtyor” Traore üçün “Ayaks”a 10 milyon avro ödəyib.

Burkino-Faso milli komandasının da üzvü olan hücumçu ötən mövsüm “Ayaks”la 29 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib.