Ukrayna klubunun müvəqqəti baş məşqçisi məlum olub

“Dinamo” klubunda yeni baş məşqçinin adı müəyyənləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kiyev təmsilçisinin “sükanı arxasına” hələlik Aleksandr Şovkovski keçib.

48 yaşlı mütəxəssis paytaxt komandasını növbəti oyunlara hazırlayacaq.

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku ötən gün “Şaxtyor”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verib və karyerasını başa vurduğunu açıqlayıb.

Aleksandr Şovkovski 1992-2016-cı illərdə “Dinamo”nun qapıçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button