
“Uğurlar, qardaş!”
“Barselona”nın qapıçısı Voyçex Şesnı komandanı tərk edən Mark-Andre ter Ştegenlə bağlı fikirlərini bölüşüb.
Ter Ştegen mövsümün qalan hissəsini icarə əsasında “Jirona”da keçirəcək. Dünən axşam saatlarında klublar onun keçidini rəsmən açıqlayıb. 33 yaşlı qapıçı isə sosial şəbəkədə “Barselona” ilə emosional şəkildə vidalaşıb.
Komanda.az xəbər verir ki, almaniyalı qolkiperin sosial şəbəkə hesabındakı paylaşımına Şesnı də münasibət bildirib:
“Uğurlar, qardaş! Hamıya nə qədər güclü olduğunu göstər!”
Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. O, 2024-cü ilin payızında aldığı ağır zədədən sonra əsas heyətdə yerini itirmişdi.
“Jirona” yanvarın 26-da La Liqa çərçivəsində “Xetafe” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



