“Mən Yamalı çox bəyənirəm”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, İspaniya yığmasının oyunçusu Lamin Yamal haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşlı futbolçunun oyunundan zövq aldığını bildirib:

“Mən bu oğlanı çox bəyənirəm. O, futboldan həzz alır və bu, meydanda hiss olunur. Yamal təkcə hücumda deyil, müdafiədə də komandaya kömək edir. Onun oyunu komanda yoldaşlarına da inam verir”.

Yamal dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı yığması üzərində 4:0 hesablı qələbə qazandıqları oyunda qol vurub. İspaniya millisi 4 xalla qrup lideridir və növbəti turda Uruqvay yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button