“Mançester Siti” 4-cü liqaya göndərilə bilər!

UEFA tərəfindən iki mövsümlük avrokuboklardan kənarlaşdırılan “Mançester Siti” daha bir sanksiya ilə üzləşə bilər.

Komanda.az xəbər verir ki, maliyyə qaydalarını pozan “şəhərlilər” İngiltərənin 4-cü liqasına göndərilə bilər. Bu barədə “İndependent” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin xallarının silinə biləcəyi və komandanın İngiltərənin aşağı divizionunda – səviyyəcə 4-cü liqasında iştirak edə biləcəyi yazılıb.

İngiltərənin 4-cü liqasında ən bahalı heyətə sahib komanda “Selford Siti”dir. Komandanın futbolçularının ümumi dəyəri 5,78 milyon avrodur. “Mançester Siti”nin hazırkı heyətinin dəyəri isə 1,29 milyard avrodur.

UEFA “Mançester Siti”ni 30 milyon avro cərimələyib və iki mövsümlük avrokuboklarda iştirakına qadağa qoyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button