UEFA superkuboku matçının idarəçiliyi qadın hakimə tapşırıldı

İngiltərənin “Liverpul” və “Çelsi” klubları arasında keçiriləcək UEFA superkuboku matçına hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, İstanbulda keçiriləcək görüşün baş hakimi fransalı qadın referi Stefan Frappart olacaq. Frapparta İrlandiyadan olan Maneele Nikolosi və Mişel Onil kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli referi Cüneyt Çakır yerinə yetirəcək.

Frappart UEFA-nın kişilər üçün təşkil etdiyi turnirlərdə oyun idarə edən ilk qadın hakim deyil. Daha əvvəl, 2004-2009-cu illər aralığında isveçli qadın referi Nikole Petiqnat UEFA turnirlərində oyun idarə edib.

UEFA superkuboku avqustun 14-də “Liverpul”la “Çelsi” arasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button