
UEFA reytinqində dəyişiklik: Almaniya klubu zirvədə
Avropa futbolundakı son oyunlar UEFA reytinqində ilk yerdəki dəyişikliyə səbəb olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” hazırda Avropanın ən güclü komandası hesab olunur.
Münhen təmsilçisi reytinqdə “Real”ı iki xal qabaqlayır. “Bayern” qısa müddət əvvəl UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində məhz Madrid klubunu mübarizədən kənarlaşdırmışdı.
Siyahıda üçüncü pillədə “Liverpul” qərarlaşıb. Dördüncü yerdə isə son üç ildə iki dəfə Çempionlar Liqasının finalına yüksələn “İnter” yer alıb. Çempionlar Liqasının ötən mövsümdəki qalibi PSJ beşinci pillədədir. Paris komandası “Mançester Siti” və “Arsenal” kimi klubları qabaqlayır.
İlk səkkizliyi isə “Barselona” tamamlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



