UEFA “Real”ın kapitanını cəzalandıra bilər

UEFA, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ayaks” – “Real” matçında (1:2) Madrid təmsilçisinin kapitanı Serxio Ramosun sarı vərəqə almasıyla bağlı intizam işi açıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, UEFA, cavab matçında cəzalı vəziyyətə düşən Ramosu bilərəkdən sarı vərəqə aldığı üçün təqsirləndirib.

Ramos, “Ayaks”la matçdan sonra verdiyi açıqlamada bunları demişdi:

“Sarı vərəqə alsam, cəzalı vəziyyətə düşə biləcəyimi bilirdim, ancaq “Ayaks”ın hücumunun qarşısını almaq üçün sarı vərəqə almağı gözə aldım”.

UEFA Ramosla bağlı qərarı fevralın 28-də verəcək.

“Real”la “Ayaks” arasındakı cavab matçı martın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button