UEFA “Lion”la “Barselona”nı da cərimələdi
UEFA Fransanın “Lion” klubunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə ev oyununda (0:0) fransalı tərəfdarlar arenanın pilləkənlərini də zəbt ediblər. Bu isə qaydalara ziddi.
Qitə futbol qurumu Lion təmsilçisini baş verənlərə görə 28 min avro cərimə edib.
“Barselona” da həmin oyuna görə cəzasız qalmayıb. Azarkeşləri duman bombalarından istifadə etdiyi üçün, Kataloniya təmsilçisi də 1500 avro cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin