Konfrans Liqası: “Qarabağ”ın legioneri 2-ci oldu

UEFA Konfrans Liqasının qrup mərhələsində 6-cı turun statistik göstəriciləri açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borqes cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. O, bu göstəricidə ikinci sırada qərarlaşıb.

Braziliyalı yarımmüdafiəçi İsveçrənin “Bazel” komandası ilə matçda 5 dəfə cərimə meydançasına dəqiq ötürmə verib.

Bu göstəricidə ilk pillədə Niderlandın “Vitess” komandasında çıxış edən Maksimilian Vittek yer alır.

“Qarabağ” “Bazel”ə səfərdə 0:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button