Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu, Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovskidir. 32 yaşlı hücumçu İtaliyada “Latsio”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə bir qol vurub.