UEFA “Başakşəhər”i cərimələdi

UEFA Türkiyənin “Başakşəhər” klubunu 1500 avro cərimələyib.

Komanda.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka “Kopenhagen”i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub.

Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidi.

Qeyd edək ki, martın 12-də “Fatih Terim” stadionunda keçirilmiş matç “Başakşəhər”in qələbəsi ilə yekunlaşıb – 1:0. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.