
UEFA “Barselona”nı cərimələdi
UEFA “Barselona”nı Çempionlar Liqasının 7-ci turunda Praqa “Slaviya”sı ilə keçirilən (4:2) oyuna görə cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Kataloniya təmsilçisi ümumilikdə 30,5 min avro cərimələnib. Cərimənin yarısı azarkeşlərin tribunada pirotexniki vasitələr yandırmasına görə tətbiq olunub. Digər hissə isə komandanın oyuna gec çıxması səbəbindən verilib. Gecikmənin səbəbinin klubun baş məşqçisi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olduğu və ona UEFA tərəfindən xəbərdarlıq edildiyi vurğulanıb.
“Barselona” Çempionlar Liqasının ümumi mərhələsini uğurla başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb. Kataloniyalılar 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışdı.
Bizi Facebook-da izləyin



