Avropa Liqasının ən yaxşısı Bakıda sevinən futbolçu oldu

UEFA Avropa Liqasında 2018/19 mövsümünün ən yaxşı oyunçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu ada “Real”ın futbolçusu Eden Hazard layiq görülüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Hazard, fransız futbolçu Olivye Jirunu və serbiyalı hücumçu Luka Yoviçi üstələyib.

Bu yay “Real”a keçən Hazard, ötən mövsüm “Çelsi” ilə Avropa Liqasının qalibi olub. Avroliqanın final matçı Bakıda, “Çelsi” ilə “Arsenal” arasında keçirilmişdi (4:1).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button