Anri “Arsenal”ın futbolçusunu müdafiə etdi

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri, komandanın yarımmüdafiəçisi Martin Subimendini dəstəkləyib. O, İngiltərə klubunun azarkeşlərinin ispaniyalı futbolçuya yönələn tənqidlərini bəyənmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu bunu söyləyib:

“İnsanlar hər kəsi müzakirə etməyi və tənqid etməyi sevirlər. Hər kəsi həmişə sorğu-sual edə bilərsiz, amma Subimendi bu liqada yenidir. Rodri ilk dəfə “Mançester Siti”yə keçəndə onunla bağlı da şübhələr olduğunu xatırlayıram. Mən özüm də bunu yaşamışam, ona görə də, bilirəm ki, sadəcə tənqidi qəbul etməli və bütün bu şübhələri sonda təkzib etmək üçün əlindən gələni etməlisən”.

Subimendi 2025-ci ilin yayında 70 milyon avroya ”Real Sosyedad”dan “Arsenal”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button